Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aprelin 20-də paytaxtda növbəti ümumşəhər iməcliyi və ağacəkmə aksiyası təşkil olunub.
Şəhər icra hakimiyyətinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, səhər saatlarından etibarən qurumun kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən paytaxtın 551 əsas küçə və prospektinin yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Həmçinin Prezident İlham Əliyevin Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamının icrası məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda yerli iqlim şəraitinə uyğun olaraq seçilmiş 400 yeni ağac əkilib.
Ağacəkmə aksiyaları Bakının digər rayonlarında da təşkil edilib.
Qeyd edək ki, paytaxtın bütün rayonlarını əhatələyən iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
06:16 / 21.04.2024
Bakının 551 küçəsi yuyulub - FOTO
Hazırda oxunan: Bakının 551 küçəsi yuyulub - FOTO
Hazırda oxunan: Bakının 551 küçəsi yuyulub - FOTO
188165
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.