Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı AÇIQLANDI 

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı AÇIQLANDI 

Hazırda oxunan: Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı AÇIQLANDI 

187947

2024-cü ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları Türkiyədə 169 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 38 obyekt azdır. 

Bizim.Media xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib. 

Bildirilib ki, bu ilin mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 57 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin fevral ayı ilə müqayisədə 12 obyekt azdır. 
Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyədə 105 min 394 mənzil satın alınıb ki, bu da 2023-cü ilin fevral ayı ilə müqayisədə 0,1 faiz azdır. 

Məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında Türkiyədə 279 min 604 mənzil satın alınıb. 

"Bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azdır", - deyə nazirlikdən qeyd edilib. 

2024-cü ilin mart ayında Türkiyədə xarici vətəndaşlara 778 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 47,9 faiz azdır. Eyni ilin yanvar-mart aylarında əcnəbi vətəndaşlar Türkiyədən 5 min 685 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 48 faiz azdır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO