Qarabağdakı tarixi-mədəni abidələrdə 2020-ci ildən başlayaraq, eləcə də 2023-cü ildə həyata keçirilən anti-terror tədbirlərindən sonra Dövlət Xidmətinin əməkdaşları tərəfindən monitorinqlər aparılıb.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.
Onun sözlərinə görə, siyahıda olan 705 abidədən yalnız 163-də hələlik monitorinq aparılmayıb:
“Bu da onların yerləşdiyi ərazilərə görədir. Çünki həm relyef baxımından, həm də digər təhlükəsizlik məsələlərinə görə orada hələ ki monitorinq aparmaq mümkün deyil".
Səbinə Hacıyeva vurğulayıb ki, 2023-cü ilin sentyabrındakı anti-terror tədbirlərindən sonra bir çox tarixi-mədəni abidələrdə olduğu kimi, Xudavəng və Amaras monastırlarında da monitorinq aparılıb:
"Ermənilərin, xüsusilə Xudavəng monastırında törətdikləri vandalizminin izləri ilə bağlı lazımi addımlar atılacaq. Təbii ki, Qarabağ və Şərqi Zəngəzurdakı bütün abidələr bizim mədəni-tarixi irsimizin bir hissəsidir. Həmin abidələrin qorunması, mühafizəsi, digər lazımi prosedurlar hamısı həyata keçiriləcək".
Bizim.Media
- A-
- A
- A+
Region
12:10 / 18.04.2024
Ermənilərin Xudavəng monastırında törətdiyi vandalizmlə bağlı lazımi addımlar atılacaq - RƏSMİ
Hazırda oxunan: Ermənilərin Xudavəng monastırında törətdiyi vandalizmlə bağlı lazımi addımlar atılacaq - RƏSMİ
Hazırda oxunan: Ermənilərin Xudavəng monastırında törətdiyi vandalizmlə bağlı lazımi addımlar atılacaq - RƏSMİ
187744
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.