Tbilisidə “xarici agentlər” haqqında qanuna qarşı keçirilən etiraz aksiyasında polis 11 nəfəri saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nümayişçilərlə polis arasında toqquşma olub və onlara müxtəlif küt əşyalar, o cümlədən daş və butulkalar atıblar.
Hadisə nəticəsində Daxili İşlər Nazirliyinin bir əməkdaşı xəsarət alıb, polis maşınına isə ziyan dəyib.
Bizim.Media