Millimiz Gürcüstana UDUZDU

Millimiz Gürcüstana UDUZDU

Hazırda oxunan: Millimiz Gürcüstana UDUZDU

187227

Futzal üzrə milli komandamız beynəlxalq yoldaşlıq oyunu keçirib. 

Bizim.Media xəbər verir ki, komanda Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşıb. 

Oyun 3:2 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. 

Qarşılaşmada hesabı meydan sahibləri açıb. Ardınca Novruz Kazıxanov Ülvi Əliyevin qapıya paralel ötürməsini qolla tamamlayıb. Lakin fasiləyə qədər Gürcüstan yığması daha bir qol vurub.

İkinci hissədə rəqib fərqi iki topa çatdırsa da, 32-ci dəqiqədə Əmir Şojaeinin yaratdığı epizodu Xəzər Ağalızadə qolla tamamlayıb.  
Bu komandalar arasında növbəti oyun 2 gün sonra – aprelin 16-da, saat 19:00-da Tbilisi İdman Sarayında keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO