Bayden İordaniya kralı ilə İranın İsrailə hücumunu müzakirə etdi

Bayden İordaniya kralı ilə İranın İsrailə hücumunu müzakirə etdi

Hazırda oxunan: Bayden İordaniya kralı ilə İranın İsrailə hücumunu müzakirə etdi

187191

ABŞ Prezidenti Cozef Bayden İordaniya kralı II Abdullah ilə İranın İsrailə hücumunu müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Bayden “İordaniya və onun əhalisi üçün də təhlükə yaradan İranın hücumunu pisləyib”.

“Liderlər vəziyyəti izləməyə davam etdiklərini və yaxın günlərdə əlaqə saxlayacaqlarını vurğulayıblar”, – mətbuat xidməti qeyd edib.
ABŞ və İordaniya liderləri Qəzza zolağındakı vəziyyətə də toxunaraq Fələstin anklavına çatdırılan humanitar yardımın həcmini artırmaq niyyətlərini təsdiqləyiblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO