Şahmat üzrə İddiaçılar Turnirində II dövrəyə start verilib.
Bizim.Media xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə VIII turun oyunları keçirilib. Azərbaycan şahmatçısı Nicat Abasov Yan Nepomnyaşi ilə üz-üzə gəlib. I dövrədən sonra sonuncu pillədə qərarlaşan 29 yaşlı təmsilçimiz yarışın liderinə qarşı qara fiqurlarla oynayıb və növbəti dəfə xalı yarı bölüb.
İddiaçılar Turniri
VIII tur, 13 aprel
Hikaru Nakamura – Fabiano Karuana - 1:0
Yan Nepomnyaşi – Nicat Abasov - 0,5:0,5
Rameşbabu Praqnanandja – Alireza Firuzya - 0,5:0,5
Vidit Santoş Qujrati – Dommaradju Qukeş - 0:1
Xal durumu: 1. Yan Nepomnyaşi (FİDE), 2. Dommaradju Qukeş (Hindistan) - 5, 3. Hikaru Nakamura (ABŞ), 4. Rameşbabu Praqnanandja (Hindistan) – 4,5, 5. Fabiano Karuana (ABŞ) – 4, 6. Vidit Santoş Qujrati (Hindistan) – 3,5, 7. Alireza Firuzya (Fransa) – 3, 8. Nicat Abasov (Azərbaycan) – 2,5.
Qeyd edək ki, şahmatçımız IX turda Fabiano Karuana ilə qarşılaşacaq. Nicat bu dəfə ağ fiqurlarla mübarizə aparacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
11:41 / 14.04.2024
Nicat Abbasovdan növbəti heç-heçə
Hazırda oxunan: Nicat Abbasovdan növbəti heç-heçə
Hazırda oxunan: Nicat Abbasovdan növbəti heç-heçə
187093
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.