Cari ilin 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzü nəticəsində Avstriya, Sloveniya və Slovakiyada yaşayan radikal erməni qrupları tərəfindən nifrət zəminində təxribatların törədilməsi ehtimalı mövcuddur.
Bizim.Media -nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin yaydığı müraciətdə bildirilib.
“Vətəndaşlarımızı və soydaşlarımızı ehtiyatlı və təmkinli davranmağa, təxribatlara uymamağa çağırırıq. Ehtiyac yarandığı təqdirdə Səfirliyin +43 676 844 509 888 qaynar xətti vasitəsilə əlaqə saxlanılması xahiş olunur.
Yazılı müraciətləri Səfirliyin email adresinə ([email protected] ) ünvanlaya bilərsiniz”, - deyə səfirliyin Avstriya, Sloveniya və Slovakiyada yaşayan Azərbaycan vətəndaşlarına müraciətində qeyd olunub.
Bizim.Media