Əməkdar artist Namis Şirməmmədov vəfat edib

Əməkdar artist Namis Şirməmmədov vəfat edib

Hazırda oxunan: Əməkdar artist Namis Şirməmmədov vəfat edib

186898

Əməkdar artist Namis Şirməmmədov vəfat edib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib.

Namis Şirməmmədov 3 aprel 1962-ci ildə anadan olub. 1983-1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Həsənağa Turabovun dəvət ilə 1997-ci ilədək Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. 1997-ci ildə yenidən Sumqayıt Dövlət Dram Teatrına gələrək 2008- ci ilə qədər aktyor vəzifəsində işləyib. Namis Şirməmmədov psixoloji-dramatik aktyor olub. Daha çox dramatik xarakterli rollar oynayıb. 2008-ci ildən isə teatrın quruluşçu rejissoru kimi fəaliyyət göstərib.

2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar artist”i fəxri adına və 2013-cü ildə “Tərəqqi” medalına layiq görülüb.

Namis Şirməmmədov A.Babayevin "Xilaskar” əsərində Ulu öndər Heydər Əliyev obrazını canlandırmışdır. Bundan başqa, o, Sumqayıt teatrında bir çox rolların ifaçısıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO