Fransanın Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarını İrana səfər etməməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa XİN “X” hesabında məlumat paylaşıb.
Bu çağırış İranın İsrail, Fələstin və Livanda törədə biləcəyi hər hansısa təhlükəli hadisələrlə əlaqələndirilib. Eyni zamanda, vətəndaşlardan adıçəkilən ölkələrə də getməmək xahiş olunub.
Bəyanatda, həmçinin İrandakı fransız diplomatların ailə üzvlərinin Parisə qayıdacağı da açıqlanıb. O da bildirilib ki, Fransanın dövlət strukturlarında işləyənlərin adıçəkilən ölkələrə səfərləri qadağan edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:12 / 12.04.2024
Fransadan vətəndaşlarına ÇAĞIRIŞ: “İrana səfər etməyin”
Hazırda oxunan: Fransadan vətəndaşlarına ÇAĞIRIŞ: “İrana səfər etməyin”
Hazırda oxunan: Fransadan vətəndaşlarına ÇAĞIRIŞ: “İrana səfər etməyin”
186843
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.