NATO komandanı: “Rusiya itkilərini sürətlə bərpa edir, onlar qalib gəlsələr...”

NATO komandanı: “Rusiya itkilərini sürətlə bərpa edir, onlar qalib gəlsələr...”

Hazırda oxunan: NATO komandanı: “Rusiya itkilərini sürətlə bərpa edir, onlar qalib gəlsələr...”

186798

“Rusiya Ukraynada itkilərini sürətlə kompensasiya edir. Ukraynanın Rusiya ilə münaqişədə məğlub olması gələcəkdə ABŞ ilə müttəfiq olmaq istəyən ölkələrin sayının azalmasına səbəb olacaq”.

Bizim.Media “Politico” nəşrinə istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı qüvvələrinin komandanı Kristofer Kavoli deyib.

Kavoli bildirib ki, ABŞ-ın Ukraynaya yardımı dayansa, Kiyev uduzacaq.

Onun sözlərinə görə, Moskva cəbhə xəttindəki qoşunlarının sayını 360 mindən 470 minə çatdırıb.
Komandan vurğulayıb ki, Rusiya döyüş meydanında ağır tank itkilərini bərpa edib və münaqişənin əvvəlində arsenalında olduğu qədər tank işlədir.

O əlavə edib ki, Rusiya qalib gəldiyi təqdirdə digər Şərqi Avropa ölkələrini də təhdid edəcək:

“Rusiya münaqişədə qələbə qazanacağı təqdirdə ruhlanacaq. Hərbi baxımdan daha əlverişli coğrafi mövqedə olacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO