Hacıqabulda 8 kəndi birləşdirən yeni yol istifadəyə VERİLİB 

Hacıqabulda 8 kəndi birləşdirən yeni yol istifadəyə VERİLİB 

Hazırda oxunan: Hacıqabulda 8 kəndi birləşdirən yeni yol istifadəyə VERİLİB 

186659

Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolu yenidən qurulub.

Bizim.Media report-a istinadən xəbər verir ki, 20 nömrəli yol-istismar idarəsinin baş mühəndisi Əlnaib Kərimov bildirib.

Ə. Kərimovun sözlərinə görə, sözügedən avtomobil yolu iki ilə yaxındır, bərbad vəziyyətə düşüb. Nəticədə sakinlər yolsuzluqdan əhali əziyyət çəkir, gedəcəkləri ünvana vaxtında çata bilmirdilər. Ölkə başçısının sərəncamı əsasında yolun inşasına başlamaqla, əhalini narahat edən bu problemə son qoyuldu:

“Yol öz başlanğıcını Bakı-Ələt-Qazax-Gürcüstanla Dövlət sərhədi avtomobil yolunun 132-ci kilometrindən götürür. Uzunluğu uzunluğu 39 kilometr olan yol 8 yaşayış məntəqəsini birləşdirir. Yolun 22-ci kilometrində Pirsaat çayı üzərində üçaşırımlı 72 paqonometr uzunluğunda körpü tikilib”.
Baş mühəndisin sözlərinə görə, yol 4-cü texniki dərəcəyə uyğun inşa edilib. Yolun hərəkət hissəsinin eni 6 metr, torpaq hissəsi ilə birlikdə isə 10 metrdir. 12500 sakinə xidmət edən, iki zolaqdan ibarət yolda müvafiq yol nişanları quraşdırılıb, suötürücü qurğular tikilib. Qeyd olunan yaşayış məntəqələrinin sakinləri bundan sonra yoldan rahatlıqla istifadə edəcək, kənd təsərrüfatı məhsullarının daşınmasında problemlə qarşılaşmayacaqlar.

Bölgələrimizdə infrastrukturun təkmilləşdirilməsinə istiqamətlənmiş bütün bu işlər Prezident İlham Əliyevin ölkənin kompleks inkişafını müntəzəm diqqətdə saxlamasının daha bir mühüm göstəricisidir. Təsadüfi deyil ki, dövlət başçısı həm işğaldan azad olunmuş ərazilərə, həm də ölkənin digər regionlarına daim səfərlər edir, yerlərdə zəruri infrastruktur layihələrinin icrasına dair müvafiq sərəncamlar imzalayır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO