Qadının kişiyə sevgisinin bitdiyini göstərən 6 ƏLAMƏT 

Qadının kişiyə sevgisinin bitdiyini göstərən 6 ƏLAMƏT 

Hazırda oxunan: Qadının kişiyə sevgisinin bitdiyini göstərən 6 ƏLAMƏT 

186658

Çox az cütlük sevgilərini uzun illər qoruyub saxlaya bilir. Qadınla kişi münasibəti nə qədər dərin və isti olsa da zamanla sevginin tükəndiyi, soyuqluğun yarandığı hallar olur. Hər iki cinsdə bu soyuqluq özünü bir cür büruzə verir. Qadınların kişilərə qarşı hisslərinin bitdiyini göstərən bir neçə əlamət müəyyən edilib.

Bizim.Media xarici KİV-ə istinadən qadının kişiyə olan sevgisinin bitdiyini göstərən 6 əlaməti təqdim edir:

1. Dinləməkdən vaz keçməsi

Əgər qadın sizi diqqətlə dinləmirsə, bu, qadının sizə marağının itdiyi anlamına gəlir. Əgər əvvəllər həyatınızın hər detalı ilə maraqlanıb, indi gününüzün necə keçdiyini soruşmursa, istəklərinizə məhəl qoymursa, həmin qadın üçün vacib olmadığınızı dərk eləməlisiniz.

2. Qadının evə getməyə can atmaması hisslərinin bitdiyinə işarədir

İnsanlar aşiq olduqda, çox vaxt hər boş dəqiqəni birlikdə keçirməyə çalışırlar. Ancaq zaman keçdikcə birlikdə vaxt keçirmək həzz mənbəyindən daha çox işə, məsuliyyətə çevrilə bilər. Əvvəllər qadınınız sizinlə söhbət etmək üçün evə tez qayıtmağa çalışır, indi isə boş vaxtını işdə və ya dostlarının yanında keçirir. Evə tez qayıtmaq istəməmək narahatedici siqnaldır.

3. Qadının inamının itməsi

Əgər nə vaxtsa onun etibarını qırmısınızsa, o, yəqin ki, bunu heç vaxt unutmaz və bağışlamaz. Çox güman ki, o, sizinlə gələcək həaytını birləşdirməkdən imtina edib. O, sizin aranızda məsafə yaratmağa çalışaraq münaqişələrə və digər kişilərə diqqət yetirməyə başlaya bilər.

4. Xoşbəxt görünməməsi

Bir qadın həmişə depressiyada olursa və ya elə görünürsə, bu, münasibətinizdə problemlərin olduğunu sübut edir.

5. Soyuqluq

Fiziki yaxınlıq, xüsusilə tərəfdaşlar arasında dərin emosional əlaqə, sevgi olduqda zövqverici olur. Ancaq hisslər sönəndə cinsi əlaqə daha az əhəmiyyət kəsb edir və ya tamamilə yox olur. O, artıq yaxınlıqdan həzz almır, əksinə, buna öhdəlik kimi baxır, qucaqlamaqdan və öpməkdən çəkinir. Bu, çox pis əlamətdir.

6. Başqa kişilərin xəyalı

Bir qadın tez-tez başqası haqqında xəyal qurursa, sizi başqa kişilərlə müqayisə edirsə, bu, münasibətlərdə soyuqluq hisslərinin əlaməti ola bilər. Onun şüuraltında yenidən həyəcanlı duyğular yaşamaq üçün size əvəzləmək istəyi var.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO