Müğənni Mətanət Əsədova maraqlı açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “YouTube”da yayımlanan “Mirinin dibçəyi” verilişində zooparka gedərək orada heyvanlara dərdini danışdığını söyləyib.
“Bu həyatda anamdan başqa heç kimə etibar etmirdim. Bir sözüm, dərdim, sevincim olanda və kimsə üstümə gələndə anamın məzarının üstünə gedib, ziyarət edirəm. Başımı torpağa qoyub onunla danışıram. Bu yaxınlarda zooparka getdim. Orada 2 saat oturub, heyvanlarla dərdləşdim. Dünyada 2 aləm var. Biri insanlar biri də heyvanlar aləmi... Meşəyə gedəndə görürsən ki, bu tülkü, bu cavanar, bu çaqqal, bu pələng, bu ayı, bu meymundur və s... Amma insanların içində ayırmaq olmur, hansı ilandır, hansı tülküdür, hansı aslandır... Bilmirsən bunları... Ətrafımızda insan görkəmində heyvanlar çoxdur. Bilmirsən kim kimdir. Belə şəxslərdən uzaq olmaq üçün çəkilmişəm bir kənara... Bunu etməklə öz abır, həyamı qorudum. Özümə dedim ki, abırsızlardan abırını gözlə... Olmaz! Çəkildim bir kənara və süküta qərq oldum”, - deyə M.Əsədova vurğulayıb.
- A-
- A
- A+
Şoutaym
09:58 / 11.04.2024
Mətanət Əsədova: “Zooparka gedib, iki saat heyvanlarla dərdləşdim” - VİDEO
Hazırda oxunan: Mətanət Əsədova: “Zooparka gedib, iki saat heyvanlarla dərdləşdim” - VİDEO
Hazırda oxunan: Mətanət Əsədova: “Zooparka gedib, iki saat heyvanlarla dərdləşdim” - VİDEO
186643
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.