Cənubi Koreyada aprelin 10-da keçirilmiş parlament seçkilərində hakim Xalqın Gücü Partiyasının müxalifətə məğlubiyyətindən sonra hökumətdə istefalar başlayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Han Dok Su istefa verib. Həmçinin prezident administrasiyasının rəhbər şəxsləri istefa veriblər. İqtidar partiyasının lideri Han Donq-hun seçkidə məğlubiyyətin məsuliyyətini öz üzərinə götürərək istefa verdiyini açıqlayıb.
Prezident Yun Sok Yol seçkinin nəticələri haqqında danışarkən xalqın qərarına tabe olacağını, dövlət işlərində islahatların aparılması, iqtisadiyyatın və xalqın rifahının sabitləşməsi üçün əlindən gələni edəcəyini deyib.
Qeyd edək ki, Milli Assambleyaya keçirilmiş seçkilərdə əsas müxalif qüvvə olan Demokrat Partiyası və ona yaxınlığı ilə tanınan siyasi partiyalar qanunverici orqanda əhəmiyyətli üstünlük qazanıblar. İlkin nəticələrə görə, əsas müxalifət parlamentdəki 300 yerdən 175-nə sahiblənib.
Hakim Xalqın Gücü Partiyası və ona yaxın siyasi qüvvələr 108 yer qazana bilib. Kiçik müxalif qüvvə olan Koreyanın Yenidənqurulması Partiyası 12, Yeni İslahat Partiyası 2 yer qazanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:18 / 11.04.2024
Cənubi Koreyada parlament seçkilərində məğlubiyyətdən sonra Baş nazir istefa verib
Hazırda oxunan: Cənubi Koreyada parlament seçkilərində məğlubiyyətdən sonra Baş nazir istefa verib
Hazırda oxunan: Cənubi Koreyada parlament seçkilərində məğlubiyyətdən sonra Baş nazir istefa verib
186637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.