Qəbələdə qanunsuz torpaq zəbtinin QARŞISI alındı - FOTO

Qəbələdə qanunsuz torpaq zəbtinin QARŞISI alındı - FOTO

Hazırda oxunan: Qəbələdə qanunsuz torpaq zəbtinin QARŞISI alındı - FOTO

186636

Qəbələdə növbəti qanunsuz torpaq zəbtinin qarşısı alınıb. 

Qanunvericilikdən irəli gələn məsələlərin həlli istiqamətində rayonun müvafiq təşkilatları birgə tədbirlər həyata keçirir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qəbələ rayon icra və bələdiyyə sturukturlarının məlumatından sonra Rayon Polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin Şimal – Qərb Regional Mərkəzinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində mütəmadi olaraq özbaşına tikililərin  və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə monitorinqlər aparılır. 

Bu günlərdə keçirilən növbəti monitorinq zamanı Qəbələ şəhəri ərazisində vətəndaş tərəfindən zəbt edilərək çəpərlənmiş 0.2 hektar dövlət mülkiyyətində olan su fondu torpaqlarına məxsus sahədə söküntü işləri aparılaraq ərazi boşaldılıb. 

Eyni zamanda vətəndaşa qanunvericiliyin tələbləri izah edilib, müvafiq ölçü götürülüb. 







Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO