Ronaldo rəqib futbolçuya dirsəyi ilə zərbə endirdi - ANBAAN VİDEO

Ronaldo rəqib futbolçuya dirsəyi ilə zərbə endirdi - ANBAAN VİDEO

Hazırda oxunan: Ronaldo rəqib futbolçuya dirsəyi ilə zərbə endirdi - ANBAAN VİDEO

186350

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun kapitanı Kriştiano Ronaldo rəqib futbolçunu dirsəklə vurduğuna görə meydandan qovulub.

Bizim.Media xəbər verir ki, portuqaliyalı ulduz ölkə kubokunun yarımfinalı çərçivəsində keçirilən “Əl-Nəsr” – “Əl-Hilal” matçının 86-cı dəqiqəsində Renan Lodiyə zərbə endirib.

Ardınca yumruğunu baş hakimə tərəf tutaraq qeyri-idman hərəkəti edib. Nəticədə referi 39 yaşlı oyunçuya qırmızı vərəqə göstərib.

Qeyd edək ki, Əbu-Dabi şəhərində baş tutan görüşdə “Əl-Hilal” “Əl-Nəsr”ə 2:1 hesabı ilə qalib gəlib.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO