Nicat Abasov Fransa şahmatçısı ilə heç-heçə etdi

Nicat Abasov Fransa şahmatçısı ilə heç-heçə etdi

Hazırda oxunan: Nicat Abasov Fransa şahmatçısı ilə heç-heçə etdi

186169

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, 28 yaşlı qrossmeyster IV turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.

Ağ fiqurlarla oynayan Abasov rəqibi ilə heç-heçə edib - 0,5:0,5. O, hazırda 1,5 xalla 4-8-ci yerləri bölüşdürür. Rusiyalı Yan Nepomnyaşi (FIDE) 3 xalla liderdir.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO