"28 gün müddətində hər yer tamamilə bağlanılmalıdır" - Qapanmaya gedirik? - VİDEO

Hazırda oxunan: "28 gün müddətində hər yer tamamilə bağlanılmalıdır" - Qapanmaya gedirik? - VİDEO

18615

“Mübarizənin ən effektli yolu kütləvi qapanmadır. 28 gün müddətində hər yer tamamilə bağlanılmalıdır. Sonra mərhələli şəkildə açılma olmalıdır. Çindən başqa dünyanın heç bir ölkəsi bunu tətbiq edə bilmədi”.

Bizim.Media xəbər verir ki, bunu “ARB 24”ün “Nə baş verir?” verilişində həkim Turanə Rəsulova deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda Britaniya ştammı təhlükəsi - Operativ Qərargah qapanma tətbiq edəcək?


Həkimin fikrincə belə qapanmaya gedilməmənin ictimai, siyasi, iqtisadi səbəbləri var:

“Ona görə də kütləvi qapanmaları məsləhət görə bilmirik. Amma bunu təşkil edən tərəflər var. Pandemiyanın qarşısını almaq üçün dövlətin, vətəndaşın gördüyü tədbirlər və peyvəndlənmə prosesi önəmlidir”.

T.Rəsulova açıq havada maskadan istifadəyə də münasibət bildirib:

“Maskadan istifadə minimal tələblər arasındadır. İnsanlar buna əməl etməlidir.  Çünki tibbi maska taxırsınızsa və qarşısınızdakı koronavirusa yoluxmuş şəxs maskadan istifadə etmirsə, siz də virusa yoluxa bilərsiniz”.

O, yoluxmanın qarşısını almaq üçün əlavə tədbirlərin də görülməsini da mühüm hesab edib:

“Avtobuslarla bağlı məhdudiyyət və kafe-restoranlarda monitorinqlərin aparılması vacib məsələlərdəndir. Hesab edirəm ki, bundan başqa mərhələli iş rejiminə keçmə də uyğun addımlardan olar”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO