Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə etdi

Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə etdi

Hazırda oxunan: Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə etdi

186129

Azərbaycanın 6-cı sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Bizim.Media xəbər verir ki, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin son görüşündə Georgi Meşvildişvili (125 kq) olimpiadada iştirak hüququna yiyələnib.

31 yaşlı idmançı yarımfinalda bolqarıstanlı Alen Xubulova 7:0 hesabı ilə qalib gələrək, bunu reallaşdırıb.

Bu gün Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86) da olimpiadaya lisenziya qazanıblar. Daha əvvəl digər sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) olimpiadada iştirak hüququna yiyələnmişdi.
Qeyd edək ki, Azərbaycan idmançıları Paris-2024-ə ümumilikdə 16 lisenziya qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO