“Qarabağdakı silahlı qarşıdurmanın dayandırılmasında böyük rol oynadıq” - PUTİN

“Qarabağdakı silahlı qarşıdurmanın dayandırılmasında böyük rol oynadıq” - PUTİN

Hazırda oxunan: “Qarabağdakı silahlı qarşıdurmanın dayandırılmasında böyük rol oynadıq” - PUTİN

18605

Rusiya prezidenti Vladimir Putin Federal Məclisdə illik mesajı zamanı bildirib ki, Moskva Dağlıq Qarabağdakı münaqişənin dayandırılmasında böyük rol oynayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Rusiyanın cavabı sürətli və sərt olacaq” – Putinin mesajı KİMƏ YÖNƏLİB?


​​​​​​​Onun sözlərinə görə, Rusiya geniş dövlətlərarası əməkdaşlıq üçün açıqdır:

“BMT çərçivəsində əsas xəttin qorunmasının və gücləndirilməsinin tərəfdarı kimi çıxış edirik. Moskva regional münaqişələrin həllinə kömək etməyə çalışır. 

Biz Suriyadakı vəziyyəti sabitləşdirmək, Liviyada siyasi dialoq qurmaq üçün çox şey etdik. Rusiya Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmanın dayandırılmasında böyük rol oynadı”, deyə o, qeyd edib.

Putin əlavə edib ki, rəsmi Moskva Asiya, Latın Amerikası və Avropanın əksər ölkələri ilə qarşılıqlı hörmət əsasında əlaqələr qurur:

“Rusiya Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri, BRİKS, MDB və KTMT-dəki müttəfiqləri ilə də əməkdaşlığı davamlı olaraq genişləndirir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO