Bizim.Media Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən xəbər verir ki xəsarət alanların sayı 1.036 nəfər təşkil edib. Onlardan 838 nəfəri evə buraxılıb, 138 nəfərin müalicəsi xəstəxanalarda davam edir.
Agentlik həmçinin bildirib ki, dağılmış 17 binadan 13-də axtarış-xilasetmə işləri başa çatdırılıb, 4 binada davam edir.
***
İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 100 nəfərə çatıb.
Bizim.Media “Milliyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi açıqlama edib.
Qeyd olunub ki, təbii fəlakət səbəbindən yaralanan 994 nəfərdən 147-si xəstəxana şəraitində müalicə olunur, 847-si evə buraxılıb.
Bizim.Media