Laçın şəhəri və Zabux kəndində 748 sakin işlə TƏMİN EDİLDİ - FOTO

Laçın şəhəri və Zabux kəndində 748 sakin işlə TƏMİN EDİLDİ - FOTO

Hazırda oxunan: Laçın şəhəri və Zabux kəndində 748 sakin işlə TƏMİN EDİLDİ - FOTO

185976

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Laçın rayonunda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev və 40-dan çox işəgötürənin iştirak etdiyi görüşdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərdən bəhs olunub.

Laçın şəhərinə və Laçının Zabux kəndinə köçürülən sakinlərdən artıq 748 nəfərin məşğulluğunun təmin edildiyi bildirilib. Həmin şəxslərdən bir qrupu üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulduğu diqqətə çatdırılıb.
Görüş iştirakçılarına Agentliyin fəaliyyət istiqamətləri, rəqəmsal layihələri, işəgötürənlərə yönəlik proqramları barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Laçında sakinlərin məşğulluğunun təminatı sahəsində işəgötürənlərlə gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO