ŞOK: Bir ailə 3 uşağını koronavirusa qurban vermək istədi - VİDEO

ŞOK: Bir ailə 3 uşağını koronavirusa qurban vermək istədi - VİDEO

Hazırda oxunan: ŞOK: Bir ailə 3 uşağını koronavirusa qurban vermək istədi - VİDEO

18593

Braziliyada qandonduran hadisə baş verib. Bir ailə 3 uşağını koronavirusa qurban vermək istəyib. Nəticədə Braziliya polisi bu cəhdin qarşısını alıb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Türkiyənin “Haber Global” telekanalı yayıb.

Şahidlərin ifadəsinə görə, hadisə Para bölgəsinin Bragança şəhərində qeydə alınıb. Sakinlərin informasiyasından sonra hadisə yerinə gələn polis əməkdaşları inanılmaz görüntülərlə qarşılaşıblar.

Bir ailə uşaqlarının ətrafında dövrə vuraraq dini ayin yerinə yetiriblər və onları koronavirusa qurban verməyə hazırlaşıblar. 

Yerli sakinlər polisin gəlməsindən öncə bunun qarşısını almağa cəhd etsələr də  istəklərinə nail ola bilməyiblər. Hadisənin görüntüləri sosial mediada yayılıb.

Şahidlər deyiblər ki, uşaqlar həmin vaxt bərk ağlayıblar.  

Polis insidenti uşaq istismarı kimi qiymətləndirib. Hazırda araşdırma davam edir.

Qeyd edək ki, son statistikaya görə, Braziliyada 400 mindən çox şəxs koronavirusdan dünyasını dəyişib.

Braziliya prezidenti Bolsonaro koronavirusa qarşı qabaqlayıcı tədbirlər görməkdən imtina edib. Ölkədə peyvəndlənmə prosesinə hələ də başlanılmayıb.

Murad Əhmədov, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO