Qəbələdə 56 yaşlı piyadanı avtomobil vurdu

Qəbələdə 56 yaşlı piyadanı avtomobil vurdu

Hazırda oxunan: Qəbələdə 56 yaşlı piyadanı avtomobil vurdu

185906

Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə ötən gün Qəbələ şəhəri ərazisində qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, rayon sakini Əli Fərəcov idarə etdiyi “Xəzər” markalı avtomobillə yolu keçən piyada, 56 yaşlı Araz İbrahimxəlilovu vurub. 

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb edilib və yaralı piyada Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
Lakin həkimlərin səyinə baxmayaraq, Araz İbrahimxəlilov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO