“Moldova və Rumıniyanın birləşməsi digər qardaş xalqlara ÖRNƏK OLACAQ” – ŞƏRH

“Moldova və Rumıniyanın birləşməsi digər qardaş xalqlara ÖRNƏK OLACAQ” – ŞƏRH

Hazırda oxunan: “Moldova və Rumıniyanın birləşməsi digər qardaş xalqlara ÖRNƏK OLACAQ” – ŞƏRH

185829

“Rumıniya və Moldovanın birləşməsinin tərəfdarıyam. Moldovada mənim kimi rumınlar yaşayır. Tarix ədalətsizlik edib. İndiki vəziyyət keçmişin nəticəsidir. Edə biləcəyimiz gələcəyi qurmaqdır”.
Bunu Rumıniyanın Baş naziri Marçel Çolaku deyib. 

Qlobal müharibələrin tüğyan etdiyi bu ərəfədə Rumıniya və Moldova birləşə bilərmi? Bu addımın müsbət tərəfləri nələr olar?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizim.Media-ya mövzunu şərh edib.

O bildirib ki, bu gün dünya nizamını müəyyənləşdirən güc mərkəzləri 21-ci əsrin dünya siyasətini milli və dini identifikliklə əlaqələndirirlər:

“Onlar hesab edirlər ki, 21-ci yüzilin simasını dini və milli əsasların birləşməsi və ya qarşıdurması təyin edəcək. Biz dünyada baş verən prosesləri təhlil etsək, görərik ki, nəzəri istiqamətlər praktiki siyasətdə özünü çox ciddi şəkildə büruzə verir. Belə olan halda Rumıniyanın Baş naziri Marçel Çolakunun fikirləri məntiqlidir. Onun fikirləri yeni dünya nizamının harmoniyasına uyğundur. Bir xalqın vahid dövlət sərhədlərində yaşamasından daha təbii heç nə ola bilməz. 

Dünyadakı çoxsaylı xalqların böyük qismi rəsmi dövlətlərin inzibati-siyasi sərhədlərindən kənarda yaşayır. Hətta onlar rəsmi dövlət ərazisində yaşayan əhali sayından qat-qat çoxdur. Moldova və Rumıniyanın birləşməsi belə xalqlara eyni addımı atmaq üçün örnək olar bilər.

Hazırkı geostrateji şərtlər daxilində buna kim imkan verər, kim verməz, bunlar ayrı mövzudur. 

Vaxtı ilə bu xalqları parçalayan güc mərkəzləri bu məsələyə hansı reaksiyanı verəcəklər, bunlar məsələnin ayrı tərəfidir. Rumıniyanın Baş nazirinin bu istəyi reallaşarsa, beynəlxalq münasibətlərdə sabitliyə xidmət edən bir nümunə olar. 

Bütün hallarda nəzərə almaq lazımdır ki, bu fikri səsləndirən şəxs ölkənin baş naziridir, bu ölkə NATO üzvüdür və o, anidən bu fikri səsləndirməz. Fikrimcə, önümüzdəki mərhələdə bu mövzu ilə bağlı real addımlar görə bilərik. Bu, Azərbaycan üçün də çox yaxşı nümunə olar”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO