“Bu dünyada mənim qədər bədbəxt qadın yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
Sənətçi xoşbəxt olmadığını bildirib:
“Mənim bu dünyada nifrət etdiyim, küsdüyüm adam yoxdur. İncidiyim ola bilər, özünə demərəm. Heç kimə pislik arzulamıram. Hamıya Allah var-dövlət, sevgi versin. Mənə də gözünün ucu ilə baxsın. Amma bir xanım və insan olaraq xoşbəxt deyiləm. Kimsə bunu əlində səbəb tuta bilər. Heç kimin heç kimin içindən xəbəri yoxdur”.
Rəşad Əliyev, Bizim.Media