Evlərin sənədləşdirilməsi ilə bağlı ŞAD XƏBƏR – Bu tarixdə QEYDİYYAT BAŞLAYACAQ

Evlərin sənədləşdirilməsi ilə bağlı ŞAD XƏBƏR – Bu tarixdə QEYDİYYAT BAŞLAYACAQ

Hazırda oxunan: Evlərin sənədləşdirilməsi ilə bağlı ŞAD XƏBƏR – Bu tarixdə QEYDİYYAT BAŞLAYACAQ

185771

Azərbaycanda yarım milyona yaxın fərdi yaşayış evinin çıxarışının olmadığı fikri səslənir. Bu evlərə sənəd verilməməsinin bir sıra səbəbləri var. Həmin evlər əsasən yüksək təzyiqli neft, qaz, su və kanalizasiya xətlərinin yaxınlığında, yüksək gərginlikli elektrik xətlərinin altında yerləşir.

Bəzi evlər isə təhlükəli hesab edilməyən ərazilərdə tikilən, lakin müxtəlif səbəblərdən çıxarış verilməyən mənzillərdir.

Məsələnin həll olunması ilə bağlı ölkə başçısının xüsusi tapşırığı var. Bu yöndə zamanla bir sıra addımlar atılsa da, problemlər olduğu kimi qalmaqdadır.
 

MÖVZU İLƏ BAĞLI:

Çıxarışı olmayan mənzillərin satışı qadağan edilə bilər - VİDEO


Belə ki, bir müddət öncə Azərbaycanda sənədsiz yaşayış evlərinin invertarlaşdırılmasına başlanıldı. Vətəndaşlar tez bir zamanda sənədsiz evlərinin rəsmiləşdiriləcəyinə dair ümidlənsələr də, proses sonradan tamamilə dayandırıldı. Rəsmi qurumlar sənədsiz evlərin sənədləşdirilməsi işinin pandemiya səbəbindən ləngidiyini söylədilər və bu istiqamətdə işin məhz pandemiya səbəbindən müvəqqəti dayandırıldığını açıqladılar. Amma hazırda da bu yöndə iş getmir və proses tamamilə dayandırılıb. 

Bəhs etdiyimiz məsələ niyə nüşkülə çevrilib? Evlərin sənədlərşdirilməsi prosesini mərhələli şəkildə həyata keçirmək çətindirmi? Hazırda çıxarışsız evdə yaşayan vətəndaş çıxarış almaq üçün ilk hara müraciət etməlidir? Bu yöndə işlər hansı ardıcıllıqla həyata keçiriləcək?

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizim.Media-ya danışıb.

O bildirib ki, paytaxtda qanunsuz tikililər hələ sovet hökuməti vaxtından yaranıb:

“Bu tikililərin yaranması müxtəlif dövrlərdə müxtəlif səbəblərdən irəli gəlib. Bir qismi sovet hökuməti dövründə, bir qismi sonradan yaranıb. Bilirik ki, iri miqyasda yaşayış yerlərinin tikilməsi çatdırılmırdı deyə, gecəqondu əmlaklar əmələ gəlib. Sovet hökuməti dağılandan sonra torpaqlar bələdiyyə sərəncamına verildi, bələdiyyələr də başladı həmin torpaqları satmağa…Müxtəlif mənbələrdən müxtəlif vaxtlarda müxtəlif seqmentli əmlaklar əmələ gəldi. Sayı da 500-600 min kimi rəqəmə çatdı. Bir fərmanla da hamısına eyni yanaşma tətbiq etmək olmurdu”.

Ekspert hesab edir ki, qanunsuz tikililərin qeydiyyatının aparılmasını həyata keçirən portal bu il hazır olacaq:

“Ölkədə biznes mühitinin yaxşılaşdırılması ilə bağlı ölkə başçısının 2016-cı ildə imzaladığı fərman var. O qanuna istinadən 2023-cü il yanvarın 30-da Dövlət Əmlak Xidməti ilə Ədliyyə Nazirliyi birgə platformanın hazırlanması istiqamətində iş aparmağa başladılar. Gələcəkdə bütün tikililərlə, əmlaklarla bağlı əməliyyatlar həmin portal üzərindən aparılacaq. Yəqin ki platforma bu il işə salınacaq”.

Elnur Azadov qanunsuz hesab edilən tikililərin sənədləşdirilməsi işinin hansı mərhələlərlə baş tutacağını izah edib:

“Heç bir sənədi olmayan əmlakı qeydiyyatdan keçirmək üçün digər üslublar olmalıdır. Hansı əmlakı hansı formada qeydiyyata almaq üçün aidiyyəti qurumlar müxtəlif üslublar üzərində işləyirlər. Misal üçün, əmlak elektrik enerjisi abonenti kimi qeydiyyata salına bilər. Bəllidir ki, istənilən bir yaşayış yerində elektrik var. Qaz xətti olmasa da, hətta su xətti də dolayı yolla çəkilə bilər, amma elektrik enerjisi hər yerdə var. 

Digər mərhələdə mövcud olan hər hansı bir sənəd nəzərə alına bilər. Sovet hökuməti vaxtında verilmiş hər hansı qərar, sərəncam, kooperativ sənədlər, bələdiyyə sənədləri və s. ola bilər. Yəni bu işlər ikinci dərəcəlidir.

Üçüncü mərhələdə digər məsələlər ola bilər, məsələn, sənədləri qismən mövcuddur, sənəd çatışmazlığı var. Yəni bunlar hamısı həmin portal üzərindən mümkün olacaq. Bunun üzərində bir ildən çoxdur iş gedir. 2024-cü il ərzində həmin portal artıq ictimaiyyətə təqdim olunacaq. 
Bu, qanunsuz evlərin, tikililərin qeydiyyata alınmasıdır. Bu, tək yaşayış fondu yox, qeyri-yaşayış və digər fondlar üçün də nəzərdə tutulub. Ona görə ki, biznes mühitinin yaxşılaşdırılması tək yaşayış fonduna aid deyil. Ölkədə bu kimi qanunsuz tikililərin qanuniləşdirilməsi üçün sözügedən portalda bu imkanlar yaradılacaq”.

Ekspert təklif edir ki, kənd yerlərində tikilmiş evlər, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqlarda evlər tikildiyi üçün onlarla bağlı da müvafiq qərar olmalı, onların təyinatı dəyişdirilməlidir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO