“Arsenal” İspaniya millisinin üzvünü transfer edir

“Arsenal” İspaniya millisinin üzvünü transfer edir

Hazırda oxunan: “Arsenal” İspaniya millisinin üzvünü transfer edir

185549

"Arsenal" yayda yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. 

Bizim.Media xəbər verir ki, London təmsilçisi "Real Sosyedad"da çıxış edən Martin Zubimendini transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Bavariya" da 25 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Lakin bu transferdə "Arsenal"ın daha şanslı olduğu bildirilir.

Qeyd edək ki, Martin Zubimendi "Real Sosyedad"ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO