Robert Köçəryan Almaniyaya qaçıb?

Robert Köçəryan Almaniyaya qaçıb?

Hazırda oxunan: Robert Köçəryan Almaniyaya qaçıb?

185434

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın tərəfdarları "liderləri"nin aktiv siyasətdən getmədiyini və komanda daxilindəki prosesləri idarə etmədiyini inkar etməyə çalışırlar, amma reallıq budur ki, Köçəryan siyasətdən gedib və dinc həyata üstünlük verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "hraparak.am" saytı yayıb. 

Nəşrin əldə etdiyi məlumatlara görə, Köçəryan uzun müddətdir ki, Avropadadır, daha doğrusu yanvarın sonundan Almaniyada yaşayır.

O, həmin ölkədən martın 8-də qadınlara və yenidən prezident seçilməsi münasibətilə Vladimir Putinə təbrik məktubları göndərib. 

"Hraparak" saytı “Ermənistan” fraksiyasının deputatı Aqnes Hamoyandan "liderləri" ilə sonuncu dəfə nə vaxt görüşdüyünü və nəyi müzakirə etdiklərini soruşub. O, həmin görüşün ötən ilin dekarında baş tutduğunu deyib. 

"Köçəryanın xaricdə olması doğrudurmu?" sualına isə  Hamoyan belə cavab verib:

"Prezidentin (Köçəryanı nəzərdə tutur) vəkillərinin məhkəmədəki son vəsatəti ölkədən çıxış qadağasının ləğvi olub. Başqa şərh verə bilmərəm".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO