Aprelin 2-də Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun sədrliyi ilə keçirilən görüşdə 2024-cü il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, Agentlik tərəfindən jurnalistlərin peşəkarlığının yüksəldilməsi, jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclərin bu sahədə nəzəri və praktiki biliklərinin artırılması, cəmiyyətdə media savadlılığının formalaşdırılması məqsədilə keçirilən təlimlər barədə geniş fikir mübadiləsi aparılıb, həmçinin istifadəyə verilməsi nəzərdə tutulan onlayn təlim platformasının müvafiq bölməsinin təqdimatı olub.
İclasda dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə ümumölkə yerüstü televiziya yayımçıları üçün keçirilməsi nəzərdə tutulan müsabiqənin qaydaları Müşahidə Şurası üzvlərinin yekdil qərarı ilə təsdiq edilib.
Bundan əlavə, media subyektlərinin fəaliyyətinin peşəkarlıq baxımından təhlili ilə bağlı təqdimat dinlənilib, mövzu ətrafında müzakirələr həyata keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:25 / 02.04.2024
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO
Hazırda oxunan: Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO
Hazırda oxunan: Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO
185378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.