Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 2-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 205 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 24 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:18 / 02.04.2024
Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - FOTO
Hazırda oxunan: Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - FOTO
Hazırda oxunan: Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - FOTO
185350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.