Yas mərasimi keçirmək istəyənlər saxlanıldı - FOTO

Yas mərasimi keçirmək istəyənlər saxlanıldı - FOTO

Hazırda oxunan: Yas mərasimi keçirmək istəyənlər saxlanıldı - FOTO

18535

Aprelin 20-də Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonun İnstitut qəsəbəsində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gələrək yas mərasimini dayandırıb. Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Yas mərasimi keçirənlər cərimələndi


RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib.

Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO