Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elburus İbrahimov Bizim.Media-ya bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb.
O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.
Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
![](http://ssl.bizim.media/file/articles/2024/04/02/1712043055_photo_5213019029877415274_y.jpg)