Bərdədə fərdi yaşayış evində yanğın olub.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.
Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib.
Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb, alov söndürülüb.
Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xilas olunaraq təhvil verilib. 2019-cu il təvəllüdlü Həsənzadə Rafael Rauf oğlu Bərdə rayon xəstəxanasında dünyasını dəyişib.
Tüstüdən zəhərləndiyi bildirilən 1975-ci il təvəllüdlü İlyasova Zümrüd Xasay qızının müalicəsi Bərdə rayon xəstəxanasında davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:40 / 01.04.2024
Bərdədə ev YANDI: Azyaşlı öldü - FOTO
Hazırda oxunan: Bərdədə ev YANDI: Azyaşlı öldü - FOTO
Hazırda oxunan: Bərdədə ev YANDI: Azyaşlı öldü - FOTO
185132
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.