CHP tərəfdarlarının olduğu eyvan uçub - VİDEO

CHP tərəfdarlarının olduğu eyvan uçub - VİDEO

Hazırda oxunan: CHP tərəfdarlarının olduğu eyvan uçub - VİDEO

185093

Türkiyənin Denizli şəhərində CHP-nin binasında seçkilərin ilkin nəticələrinin qeyd edilməsi zamanı insident baş verib.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Tavas qəsəbəsində qeyd alınıb.

Belə ki, CHP tərəfdarları Tavasda bələdiyyə sədri Kadir Tatıkın seçkilərdə irəlidə olmasını qeyd etmək üçün partiyanın binası önünə gəlib.

Bir qrup tərəfdar isə ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşən eyvana toplaşıb. Tədbir zamanı eyvan ağırlığa tab gətirməyərək uçub. Hadisə zamanı 3-ü ağır olmaqla 18 nəfər yaralanıb.
Xatırladaq ki, dünən Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO