Netanyahunun əməliyyatı uğurlu keçdi

Netanyahunun əməliyyatı uğurlu keçdi

Hazırda oxunan: Netanyahunun əməliyyatı uğurlu keçdi

185071

İsrailin baş naziri Binyamin Netanyahunun yırtıq əməliyyatı uğurlu alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

“Baş nazir Netanyahunun yırtığının çıxarılması əməliyyatı uğurla keçib. Hökumət başçısı şüurludur, özünü yaxşı hiss edir və reanimasiya otağına köçürülüb”, - məlumatda deyilir.
Vurğulanıb ki, Binyamin Netanyahu Hadassah Eyn Karem xəstəxanasının tibb işçilərinə təşəkkür edib.

"Kan" radiosu qeyd edib ki, ümumi anesteziya altında həyata keçirilən əməliyyat zamanı Netanyahunu hökumət başçısı postunda müvəqqəti olaraq baş nazirin müavini və ədliyyə naziri Yariv Levin əvəzləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO