Bu gün Katoliklər Pasxa bayramını qeyd edirlər

Bu gün Katoliklər Pasxa bayramını qeyd edirlər

Hazırda oxunan: Bu gün Katoliklər Pasxa bayramını qeyd edirlər

185027

Bu gün katoliklər xristianlığın ən böyük bayramlarından birini - İsa Məsihin dirilişi günü olan Pasxa bayramını qeyd edirlər.

Bizim.Media golos.ua saytına istinadən xəbər verir ki, pravoslavlardan fərqli olaraq, protestantlar və katoliklər Pasxa tarixini Qriqorian təqviminə uyğun astronomik bərabərlik günündən sayırlar.

Pravoslav xristianlar isə gecə-gündüz bərabərliyini Yulian təqviminə görə hesablayırlar. Təqvimlər arasındakı 13 günlük fərq hesablamaya təsir göstərir.
Xristianlar özlərinə məxsus oruc tutmaqla Pasxa bayramına hazırlaşırlar, bu müddət ərzində heyvan mənşəli məhsullardan imtina edirlər. Eyni zamanda, orucun qaydaları katoliklər üçün pravoslav xristianlara nisbətən daha yumşaqdır.

Bütün bayramlarda olduğu kimi, Pasxada da mübahisə etmək, böhtan atmaq və kiməsə pislik arzulamaq olmaz. Bu gün evlənmək də tövsiyə edilmir.

Bundan əlavə, Pasxada işləmək qadağandır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO