Kosovonun Şimali Mitrovitsa bələdiyyəsində türk dili rəsmi dil oldu

Kosovonun Şimali Mitrovitsa bələdiyyəsində türk dili rəsmi dil oldu

Hazırda oxunan: Kosovonun Şimali Mitrovitsa bələdiyyəsində türk dili rəsmi dil oldu

185015

Kosovonun şimalındakı Şimali Mitrovitsa bələdiyyəsində türk dilinə rəsmi istifadədə olan dil statusu verilib.

Bizim.Media xəbər verir ki, daha çox serblərin yaşadığı bölgədə bələdiyyə şurası türk dilinin rəsmi istifadədə olan dil kimi qəbul olunmasına dair qərarı səs çoxluğu ilə qəbul edib.

Türk dili əsrlərdir Kosovoda ənənəvi dil olaraq istifadə olunur. Bu addım da Kosovonun çoxmillətli və çoxmədəniyyətli bir ölkə olduğunu göstərmək üçün atılıb.

Qeyd edək ki, hazırda türk dili Kosovonun Prizren və Mamuşa bələdiyyələrində rəsmi dil, Priştina, Gyilan, Vyçitirin və Cənubi Mitrovitsa bələdiyyələrində isə rəsmi istifadədə olan dil statusuna malikdir.
Kosovoda təxminən 19 minədək türk yaşayır, təqribən 50 min insan isə türk dilində danışa bilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO