Kəlbəcərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri zərərçəkmişlər hələ də unuda bilmirlər. Həmin hadisələrin şahidi olanlar bu barədə 30 ildən sonra qayıtdıqları Kəlbəcərdə media nümayəndələrinə söhbət açıblar.
Bizim.Media xəbər verir ki, İTV-nin müxbirinə danışan hadisə şahidinin sözlərinə görə, o vaxt Kəlbəcərdən qaçanda “KamAZ” markalı maşında arasında qoca, uşaq, hamilə qadınlar olan 22 nəfər var idi:
“Bizim maşını ermənilər vurdu. Ölənlər oldu, iki nəfər qaçaraq özünü çaya atdı. Mənimlə birlikdə bacım və digər dörd nəfər əsir götürüldü. Hamımız yaralı vəziyyətdə idik. Bizdən sonra Kəlbəcərin Günəşli kəndindən gələn iki maşın var idi. O iki maşını da vurdular, orada da arasında uşaq, qadın, mülki şəxs olan beş nəfər həlak oldu. 19 nəfər əsir götürüldü və bir nəfər Ramil adında oğlan qaçıb canını qurtara bildi”.
- A-
- A
- A+
Cəmiyyət
21:22 / 30.03.2024
Ermənilərin Kəlbəcər tunelində törətdikləri qətliamın şahidi danışdı - VİDEO
Hazırda oxunan: Ermənilərin Kəlbəcər tunelində törətdikləri qətliamın şahidi danışdı - VİDEO
Hazırda oxunan: Ermənilərin Kəlbəcər tunelində törətdikləri qətliamın şahidi danışdı - VİDEO
184924
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.