Azərbaycandan xaricə yönələn investisiyanın həcmi 3 dəfə ARTIB

Azərbaycandan xaricə yönələn investisiyanın həcmi 3 dəfə ARTIB

Hazırda oxunan: Azərbaycandan xaricə yönələn investisiyanın həcmi 3 dəfə ARTIB

184879

2023-cü il ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyalar 3 milyard 117.4 milyon ABŞ dolları təşkil edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 1 milyard 964,8 milyon ABŞ dolları artıb.

Belə ki, 2022-ci il ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 1 milyard 152.6 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycandan ən çox birbaşa investisiya Türkiyə iqtisadiyyatına yatırılıb.
Hesabat dövründə Azərbaycandan Türkiyəyə 1 milyard 815.1 milyon ABŞ dolları investisiya yatırılıb ki, bu da illik müqayisədə 7.4 dəfə çoxdur.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO