Daha 25 ailə doğma yurduna QAYIDIR – FOTO 

Daha 25 ailə doğma yurduna QAYIDIR – FOTO 

Hazırda oxunan: Daha 25 ailə doğma yurduna QAYIDIR – FOTO 

184820

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bizim.Media xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə (68 nəfər), Laçın rayonunun Zabux kəndinə isə 4 ailə (11 nəfər) köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Bununla da ümumilikdə Laçın şəhərində 472 ailənin, yəni, 1773 nəfərin, Zabux kəndində isə 215 ailənin - 819 nəfərin daimi məskunlaşması təmin edilib.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO