Moskvada MDB-nin Beynəlxalq İqtisadi Forumu keçirilib - FOTO

Moskvada MDB-nin Beynəlxalq İqtisadi Forumu keçirilib - FOTO

Hazırda oxunan: Moskvada MDB-nin Beynəlxalq İqtisadi Forumu keçirilib - FOTO

184790

Moskvada Müstəqil Dövlət Birliyinə (MDB) üzv dövlətlərin Beynəlxalq İqtisadi Forumu keçirilib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib.

Forum çərçivəsində 21 seksiya fəaliyyət göstərib. İştirakçılar MDB ölkələrinin logistika, gömrük, tikinti, sənaye kooperasiyası, miqrasiya siyasəti, tibb, turizm, davamlı inkişaf və digər sahələr üzrə əməkdaşlığının aktual mövzularını müzakirə ediblər.

Forumun “Dialoqdan birgə layihələrə” devizi MDB, Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatının inteqrasiyasının dərinləşməsinə və əməkdaşlığının möhkəmlənməsinə, onların davamlı inkişafına və bu inteqrasiya birliklərinin xalqlarının rifahının təmin olunmasına töhfə verən çoxcəhətli prosesdir.

Forum MDB İcraiyyə Komitəsinin dəstəyi və MDB İqtisadi Şurasının üzvlərinin iştirakı ilə keçirilib.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO