Biləsuvarda baş verən cinayətin TƏFƏRRÜATLARI - FOTO

Biləsuvarda baş verən cinayətin TƏFƏRRÜATLARI - FOTO

Hazırda oxunan: Biləsuvarda baş verən cinayətin TƏFƏRRÜATLARI - FOTO

184277

Xəbər verdiyimiz kimi martın 26-da saat 15 radələrində Biləsuvar rayonu ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlilinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, araşdırma zamanı 1997-ci il təvəllüdlü Anar Məmiyevin rayonun Xırmandalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində deşici kəsici alətlə xəsarətlər yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Biləsuvarda kişi 25 yaşlı arvadını QƏTLƏ YETİRDİ 


Hadisənin ilkin təfərruatları da məlum olub. Belə ki, iki azyaşlı övladları olan ailə kənddə tikdikləri yeni evə köçməyə hazırlaşırmış. Bu məqsədlə Sevil Əlili evin son təmizliyini görmək və evə köçmək üçün Bakıda işləyən həyat yoldaşına zəng edərək israrla onu kəndə çağırıb. 

Təzə tikilidə dəqiq səbəbi bilinməyən mübahisə zamanı Anar Məmiyev həyat yoldaşının üzünə bıçaq zərbəsi endirib. Soyuq silahlla həyat yoldaşına hücum edən Anar sonradan onu təzə evin tavanından asıb.

Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub. 

Hazırda faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq araşdırmaları davam etdirilir.








Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO