Həkim-terapevtin anası öldürülüb? - Baş Prokurorluqdan REAKSİYA

Həkim-terapevtin anası öldürülüb? - Baş Prokurorluqdan REAKSİYA

Hazırda oxunan: Həkim-terapevtin anası öldürülüb? - Baş Prokurorluqdan REAKSİYA

183751

Baş Prokurorluq həkim terapevt Aysel Əskərovanın anasının qətlə yetirildiyi iddiasına münasibət bildirib.

 

Qurumun Mətbuat Xidmətindən Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1965-ci il təvəllüdlü Qismət Əskərovanın ölməsi faktı ilə bağlı hazırda Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır:

 

"Ölümün səbəbini müəyyən etmək məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, müvafiq izahatlar alıb və digər zəruri prosessual hərəkətlər icra olunur. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcəkdir".

 

Qeyd edək ki, həkim terapevt Aysel Əskərova sosial şəbəkədə paylaşım edərək anası Qismət Əskərovanın öz əcəli ilə ölmədiyini, qarət məqsədilə qətlə yetirildiyini iddia edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO