Yanvar-fevral aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 4,3 faiz artaraq 6 milyon 307,7 min ton təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
Nəqletmənin 74,9 faizi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-fevral ayları ərzində bu kəmərlə neft nəqli 2 faiz artaraq 4 milyon 725,1 min ton olub.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,2 faizini və ya 3882,2 min tonunu Azərbaycanda hasil edilən neft, 17,8 faizini və ya 842,9 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:15 / 21.03.2024
Magistral kəmərlərlə nəql etdiyimiz neftin həcmində ARTIM
Hazırda oxunan: Magistral kəmərlərlə nəql etdiyimiz neftin həcmində ARTIM
Hazırda oxunan: Magistral kəmərlərlə nəql etdiyimiz neftin həcmində ARTIM
183550
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.