Ukrayna müharibəsinin davam etməsi Qərblə Rusiya arasında qarşıdurmanın açıq müstəviyə keçməsinə gətirib çıxara bilər. Belə ki, son zamanlar bəzi ölkə liderlərinin səsləndirdiyi açıqlamalar NATO Rusiya qarşıdurması ehtimalının yüksəldiyindən xəbər verir.
Qeyd edək ki, bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makron NATO qoşunlarının Ukraynaya göndərilə biləcəyini bəyan etdi. Onun bu fikri NATO ölkələrinin əksəriyyəti arasında rəğbət qazanmasa da, bəzi dövlətlər Makronla eyni fikirdə olduqlarını bəyan etdilər.
Qərb liderləri tərəfindən səslənən bu mesaja cavab olaraq Rusiya rəhbərliyi onların Üçüncü Dünya Müharibəsinə başlamaq niyyətində olduqlarını bəyan etdi. Rusiya Prezidenti Putin hətta yaranmış vəziyyətdə nüvə savaşı ehtimalının artdığı versiyasını ortaya qoydu. Bir sözlə, mövcud vəziyyət ondan xəbər verir ki, Ukraynada cərəyan edən proseslərin daha geniş masştablı müharibəyə çevrilməsi ehtimalı günü-gündən daha da güclənir.
“Moskva nüvə silahına əl ata bilər”
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Qərb Rusiyanın bütun xəbərdarlıqlarına baxmayaraq, Ukraynaya öz ordusunu yeritsə, Moskva nüvə silahına əl atmalı olacaq:
“Rusiya prezidenti Putin həmin açıqlaması ilə NATO-nun Rusiyanın suverenliyi və təhlükəsizliyimə ardıcıl şəkildə təhdid edəcəyi halda ölkəsinin nüvə silahından istifadə etmək huququnu özundə saxladığını bildirməklə Qərbdə Moskva ilə müharibə ritorikasında danışan və danışmaq istəyən bəlli dairələrə xəbərdarlıq edib.
Xüsusən Pentaqonda Rusiyaya preventiv nüvə zərbələrinin endirilməsi təklifi ilə çıxış edən qüvvələr var. Rusiya onunla hərbi anlamda danışmaq istəyən Qərbdəki bəlli dairələri susdurmaq uçun qorxunc və dəhşətli nüvə silahına malikdir. Hansı ki, bu nüvə başlıqları Berlinə 1 dəqiqə yarım, Parisə 1dəqiqə 50 saniyəyə, Britaniyaya isə 2 dəqiqə ərzində çatır.
ABŞ ərazisini vurmaq imkanları isə 8 dəqiqə ətrafındadır.
Putin bu açıqlaması ilə eyni zamanda, reallıqları unudan, onları lazımınca qiymətləndirə bilməyən dairələri bütün bunları nəzərə almağa çağıraraq, nüvə müharibəsində qaliblərin olmayacağını bildirib. Preventiv zərbələrə gəlincə, onların qlobal masştab və səciyyə təşkil etməyəcəyini heç kəs vəd edə bilməz. Qərb bütun bunları bilir.
Rusiyanın nüvə silahı onun Qərbi məqsədlərdən çəkindirmək niyyətinə hesablanmış addımdır. Əgər Qərb Rusiyanın bütun xəbərdarlıqlarına baxmayaraq, Ukraynada öz ordusu ilə tam masştabda müharibəyə başlasa, Moskva reallıq və məsuliyyət hissini itirmişlərə münasibətdə nüvə silahına əl atmalı olacaq. Bu halda qlobal cənubun muəyyən anlamda salamat qalmaq imkanı olsa da, qoca qitə və ABŞ, Şimali və Mərkəzi Amerika büsbütün məhv olacaq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
13:00 / 20.03.2024
Dünya nüvə SAVAŞININ ASTANASINDA – Qiyamət ssenarisi REALLIĞA ÇEVRİLİR?
Hazırda oxunan: Dünya nüvə SAVAŞININ ASTANASINDA – Qiyamət ssenarisi REALLIĞA ÇEVRİLİR?
Hazırda oxunan: Dünya nüvə SAVAŞININ ASTANASINDA – Qiyamət ssenarisi REALLIĞA ÇEVRİLİR?
183338
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.