İzzət verilişləri tənqid etdi:

İzzət verilişləri tənqid etdi: "Bizi divan boş qalmasın deyə çağırırlar"

Hazırda oxunan: İzzət verilişləri tənqid etdi: "Bizi divan boş qalmasın deyə çağırırlar"

183307

“Müğənnini verilişə divan boş qalmasın deyə çağırırlar. Bir də görürsən ki, 1 saatlıq efirə 5 müğənni dəvət ediblər. Allah ölənlərinə rəhmət etsin, ikisini çağır, danışa bilsinlər, mahnı oxusunlar”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.

Sənətçi verilişlərdə müğənnillərə edilən hörmətsizlikdən söz açıb:

“Aparıcı rejissorla danışır, deyir, 3 dəqiqəlik vaxt qalıb. Müğənnidən soruşur ki, 3 dəqiqəlik mahnın var? Efirə belə müğənni çağırarlar? Çağırana qədər 50 dəfə xahiş edib. Reklamlar olur, sponsorlardan danışır. Sənə sual verir, fikri səndə deyil, sualına cavab verirsən, “hə” deyir. Sonra deyirlər ki, müğənnilər efirə çıxmır. Belə dəvət etsəniz, gəlməz də”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO