Şərab mağazası atəşə tutuldu - 5 nəfər ağır yaralandı 

Şərab mağazası atəşə tutuldu - 5 nəfər ağır yaralandı 

Hazırda oxunan: Şərab mağazası atəşə tutuldu - 5 nəfər ağır yaralandı 

18329

ABŞ-ın Luiziana ştatının Shreveport şəhərində şərab mağazası atəşə tutulub. Nəticədə 5 nəfər yaralanıb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Mənbə yazır ki, hadisə bazar günü yerli vaxtla saat 21: 00-da baş verib. Atəş mağazanın yanından keçən ağ rəngli Ford avtomobilində olan naməlum şəxslər tərəfindən açılıb.

Atışma nəticəsində 5 nəfər ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Dörd nəfər mağazanın yanında, biri içəridə olub.

Hadisə yerinə gələn polislər Ford avtomobilini axtarmağa başlayıblar.

Xatırladaq ki, bir gün əvvəl İndianapolisdəki FedEx binasında bir nəfər atəş açıb. İnsident zamanı 8 nəfər ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO