Gürcüstan prezidenti Salome Zurabişvili “Facebook” səhifəsində iqamətgahındakı qonaqlar üçün nəzərdə tutulan kitabdan bir şəkil yayımlayıb. Orada ötən həftə Tbilisidə rəsmi səfərdə olan Ermənistan prezidenti Armen Sarkisyanın yazısı əks olunub.
Bizim.Media xəbər verir ki, kitabda Sarkisyan prezident Salome Zurabişvilinin Gürcüstana səfər dəvətindən məmnun olduğunu yazıb.
MÖVZU İLƏ BAĞLI:
Gürcüstan prezidenti Sarkisyanın “xəstə təxəyyülünü” faktlarla üzə çıxardı – FOTO
Əlavə edib ki, bu səfərin nəticələri erməni və gürcü xalqları arasındakı münasibətləri gələcək nəsillərin rifahı naminə gücləndirəcək.
Ermənistan prezidenti, həmçinin qeydinin sonunda Türkiyə ərazisində yerləşən Ağrı dağının (ermənilər “Ararat” deyir) konturları ilə rəsm çəkib.
Bu gün Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Ermənistan prezidenti Armen Sarkisyanın Tbilisiyə rəsmi səfəri zamanı törətdiyi təxribata cavab verib.
Diplomat Twitter səhifəsində “Ağrı Türkiyənin ən yüksək dağıdır” yazıb.
O, informasiyanı gürcü və erməni dillərində yayıb və bildirib ki, bu faktlar diplomatiya karikaturasında itib batmamalıdır.
Bizim.Media
Ağrı Mountain is the highest mountain in TURKEY, ??w/5137 m. Google translates to Georgian:
— ceren yazgan (@fcyazgan) April 18, 2021
აგრიას მთა არის ყველაზე მაღალი მთა თურქეთში 5137 მ. To Armenian:
Ագրի լեռը ԹՈՒՐՔԻԱՅԻ ամենաբարձր լեռն է ՝ 5137 մ:
Just making sure facts don't get lost in caricaturistic diplomacy.???? pic.twitter.com/2qq9iF1v5e